Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video

 Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video

Ötən gün Bakıda 145 nömrəli tam orta məktəbdə şagird məktəbdə özünə xəsarət yetirib.

Asayis.az xəbər verir ki, bu barədə APA TV məlumat yayıb.

VII sinif şagirdi olan qız təhsil müəssisəsinin sanitar qovşağında özünə kəsici alətlə xəsarətlər yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib.

Şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

11:30 - 24 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin