1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...

 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...

Azərbaycanda bu ilin yanvar-mart aylarında 1279 əcnəbi Azərbaycan ərazisində daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib.

Asayis.az xəbər verir ki, bu barədə Report-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, müvafiq dövr ərzində daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edən əcnəbilər arasında Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları üstünlük təşkil edib.

10:42 - 23 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin