Sumqayıtda "Mersedes" aşdı: ölən var - Foto

 Sumqayıtda

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Asayis.az Report-a istinadla xəbər verir ki, "Mersedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır,

09:28 - 23 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin