Bakı-Qazax yolunda Türkiyə vətəndaşının meyiti tapıldı

 Bakı-Qazax yolunda Türkiyə vətəndaşının meyiti tapıldı

Yevlaxda TIR-da meyit aşkarlanıb.

Asayis.azAPA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, Yevlax rayonunun Qarxun kəndi ərazisində qeydə alınıb.

Meyiti tapılan şəxsin Türkiyə vətəndaşı İsmayıl Qızıltəpə olduğu bildirilir.

Meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

11:48 - 21 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin