Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb.
Asayis.az APA-ya istinadla xəbər verir ki, bunlar Skynet MMC və Robonet MMC-lərdir.
Nəticədə sözügedən provayderlərin uçotu ləğv edilib.
Xatırladaq ki, "Skynet" 2023-cü ilin aprel ayında, Robonet MMC isə 2024-cü ilin yanvar ayında uçota alınıb.
Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub.
Qeyd edək ki, internet operator və provayderlərinin uçota alınmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
