Bu yolda sürət həddi endirildi

 Bu yolda sürət həddi endirildi

Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "güclü külək" işarəsi aktivləşdirilib:

"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".

17:06 - 20 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin