Bakıda məşhur şadlıq evi yandı

 Bakıda məşhur şadlıq evi yandı

Bakının Xətai rayonu, Xocalı prospektində yerləşən “Mübarək” şadlıq evi yanıb.

Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə yanğından mühafizə briqadası cəlb olunub.

“Tüstü bacasında yağ qalıqları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb”, - deyə əlavə edilib.

14:44 - 20 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin