Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi

 Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi

Şəmkirdə yanğın hadisəsi baş verib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə dərs vaxtı yanğın başlayıb.

Yanğın məktəbin informatika otağında baş verib.

Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.

11:28 - 18 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin