Yeni mənzil seçərkən hər kəsin ağlında belə bir sual yaranır: hazır evə dərhal köçmək daha yaxşıdır, yoxsa daha sərfəli şərtlərlə tikintisi davam edən mənzil?
Məhz bu seçim qarşısında qalanlar üçün “Kristal”ın “Park Yasamal” layihəsi diqqət çəkir. Burada həm hazır, həm də tikintisi davam edən mənzillər təqdim olunur ki, bu da sənə qərarını öz ehtiyaclarına və planlarına uyğun şəkildə vermək imkanı yaradır.
Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında yerləşən kompleks şəhərin əsas istiqamətlərinə rahat çıxış imkanı yaradır. Bu isə gündəlik hərəkəti asanlaşdırmaqla yanaşı, gələcəkdə əmlakın dəyərinin artması üçün də əlverişli amildir.

Layihədə həm hazır, həm də tikintisi davam edən mənzillər təqdim olunur. Hazır mənzillər 55,46 kv.m-dən 120,47 kv.m-dək sahələri əhatə edir və 3, 4 otaqlı, eləcə də studiya variantlarda mövcuddur. Bu tip mənzillər dərhal köçmək və ya qısa müddətdə kirayə gəliri əldə etmək istəyənlər üçün əlverişlidir. Tikintisi davam edən, 2, 3, 4 otaqlı, həmçinin studiya tipli mənzillər isə 66,45 kv.m-dən 111,68 kv.m-dək sahələri əhatə edir. Bu seçim daha sərfəli maliyyə planlaması və gələcəkdə dəyər artımından faydalanmaq baxımından üstünlük yaradır.

“Park Yasamal” layihəsində mənzil sahibi olmaq üçün müxtəlif satış şərtləri mövcuddur. Mənzillər 36 ayadək daxili kreditlə, 20 ilədək ipoteka krediti ilə, eləcə də dövlət ipotekası vasitəsilə əldə edilə bilər. Bundan əlavə, şirkətin təqdim etdiyi “Evini hissə-hissə al” modeli alıcılara faizsiz və aylıq öhdəliksiz şəkildə mənzil sahibi olmaq imkanı yaradır.
Kompleksdə, həmçinin kompleks həyat mühiti formalaşdırılır. Ərazidə göl ətrafı istirahət zonaları, futbol meydançası, geniş və yaşıl park, özəl uşaq bağçası mövcuddur. Təhlükəsizlik 24/7 kamera nəzarət sistemi ilə təmin edilir, avtomobillər üçün isə geniş və təhlükəsiz dayanacaq nəzərdə tutulub. Eyni zamanda, uzun illər “Qanlı göl” kimi tanınan su hövzəsinin ətrafında planlaşdırılan genişmiqyaslı abadlaşdırma işləri nəticəsində burada müasir şəhər parkı yaradılacaq ki, bu da ərazinin ümumi dəyərini və cəlbediciliyini artıracaq.

Mənzillər yüksək keyfiyyət standartlarına uyğun inşa olunur. Səs və istilik izolyasiyası təmin edilir, təmirdə Avropa brendlərinin materiallarından istifadə olunur və mənzillər sakinlərə tam təmirli, bütün kommunal xidmətlərlə birlikdə təhvil verilir.
2003-cü ildən fəaliyyət göstərən “Kristal” şirkətinin həyata keçirdiyi “Park Yasamal” layihəsi uzunmüddətli təcrübəyə və etibarlı tikinti prinsiplərinə əsaslanır ki, bu da alıcılar üçün əlavə güvən yaradır.

Mənzil satışlarının aktiv şəkildə davam etdiyi bu layihədə ev və ya investisiya sahibi olmaq istəyənlər layihə ərazisində yerləşən satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Ətraflı: *1544
Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi
