Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı

 Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhər ərazisində vətəndaşlarla növbəti səyyar görüş təşkil olunub.

Asayis.az xəbər verir ki, görüş şəhərin 1-ci mikrorayonunda keçirilib.

Qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də ərazi sakinləri iştirak ediblər.

Tədbir zamanı bildirilib ki, səyyar qəbulların keçirilməsi vətəndaş müraciətlərinə həssas yanaşmanın təmin olunması, yerli problemlərin birbaşa yerində öyrənilməsi və onların operativ həllinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlərin eyni zamanda vətəndaşlarla açıq dialoqun gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Qəbul zamanı sakinlər tərəfindən sosial təminat, məşğulluq imkanları, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər aktual məsələlərlə bağlı müraciətlər səsləndirilib. Bir sıra müraciətlər yerində araşdırılaraq müvafiq həllini tapıb, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

Qeyd olunub ki, şəhər ərazisində vətəndaşların müraciətlərinə operativ baxılması və qaldırılan məsələlərin həlli istiqamətində səyyar qəbulların keçirilməsi davam etdirilir.

15:06 - 17 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin