Bakıdan Kürdəmirə rəmzi qatar yola düşdü

 Bakıdan Kürdəmirə rəmzi qatar yola düşdü

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.

Asayis.az xəbər verir ki, aprelin 18-dən isə Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, həmçinin həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Bilet satışı aprelin 17-dən başlayır.

Bakıdan Kürdəmirə qatar 3 saat 11 dəqiqəyə çatacaq.

09:22 - 17 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin