Evlərdən 25 minlik oğurluq edildi - Anbaan video

 Evlərdən 25 minlik oğurluq edildi - Anbaan video

Şəmkir və Tovuz rayonları ərazilərində silsilə oğurluq hadisələri baş verib.

Asayis.az xəbər verir ki, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.

Polis tərəfindən qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

09:52 - 15 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin