Biləsuvarın bəzi hissələrində işıq olmayacaq

 Biləsuvarın bəzi hissələrində işıq olmayacaq

Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Asayis.az xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb.

Bildirilib ki, aprelin 15-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 10 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Bununla əlaqədar saat 11:00-dan 13:00-dək şəhərin Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

09:36 - 15 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin