Bakıda məşhur otel satışa çıxarılır: 5,8 milyon... - Foto

 Bakıda məşhur otel satışa çıxarılır: 5,8 milyon... - Foto

Bakıda məşhur "Sun Rise Hotel" satışa çıxarılır.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, otel hərrac yolu ilə mayın 13-də satışa çıxarılacaq.

Otelin hərracı üçün başlanğıc qiyməti olaraq 5 milyon 800 min manat məbləğ müəyyən edilib.

Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 95 ünvanında yerləşən hotelin ümumi sahəsi 1 078.1 kvadratmetrdir.

14:16 - 14 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin