Azərbaycanda doğum sayı azaldı

 Azərbaycanda doğum sayı azaldı

Bu ilin yanvar-fevral ayı ərzində doğulan körpə sayı açıqlanıb.

Asayis.az xəbər verir ki, bu barədə Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14797 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,9-a düşüb.

Doğulan körpələrin 53,7 faizi oğlan uşaqları, 46,3 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 522-si əkiz, 21-i isə üçəm olub.

20:26 - 14 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin