Fövqəladə hallar nazirinə iki müavin təyin olundu

 Fövqəladə hallar nazirinə iki müavin təyin olundu

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin edilib.

Asayis.az xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev fövqəladə hallar nazirinin müavinləri təyin olunublar.

Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Yusif Mahmud oğlu Nəbiyev 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

18:34 - 14 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin