Prezidentin yeni mətbuat katibi kimdir?

 Prezidentin yeni mətbuat katibi kimdir?

Xəbər verdiyimiz kimi, Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.

Asayis.az Unikal-a istinadla xəbər verir ki, Orxan Səttarov Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri olub. O, Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavini Rəcəb Səttarovun oğludur.

Orxan Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Respublikası Audiovizual Şurasının sədridir.

15:06 - 13 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin