Minaya düşərək həlak olan şəxs musiqiçi imiş - Foto

 Minaya düşərək həlak olan şəxs musiqiçi imiş - Foto

Bu gün Füzuli rayonu ərazisində faciəli hadisə baş verib.

Asayis.az "Yeni Sabah"a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 31 yaşlı əməkdaşı mina partlaması nəticəsində həlak olub.

Həyatını itirən 31 yaşlı Muğan Rəfayıl oğlu Mətili evli olub, iki uşaq atası idi. O eyni zamanda musiqiçi idi, uzun müddət rayonun mədəniyyət mərkəzində qarmon müəllimi olub.

M.Muğanın doğulduğu kəndin qəbiristanlığında dəfn olunacağı bildirilir.

14:40 - 14 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin