Xəzərdə ard-arda zəlzələ oldu

 Xəzərdə ard-arda zəlzələ oldu

Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Asayis.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla aprelin 14-ü saat 03:03-də qeydə alınan zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.

Bundan başqa, Xəzər dənizində yerli vaxtla saat 06:43-də daha bir zəlzələ qeydə alınıb.

3.1 maqnitudalı zəlzələ yerin 50 kilometr dərinliyində meydana gəlib.

Qeyd edək ki, son günlər Xəzər dənizində seysmoloji aktivlik müşahidə edilir.

08:16 - 14 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin