Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı

 Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı

Nəsimi rayonu ərazisində yüksək məvacibli iş təklif edərək vətəndaşları dələduzluq yolu ilə aldadan 26 yaşlı Ə.Əkbərov və 35 yaşlı T.Əzizi polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, onların iki nəfərin etibarından sui-istifadə edərək 28 min manat pul vəsaitini dələduzluq edərək eldə etdikləri müəyyən edilib.

Araşdırmalar aparılır.

12:10 - 12 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin