Bakıda Xətai rayonunda kişi binadan yıxılaraq faciəvi şəkildə ölüb.
Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən Müzəffər İlham oğlu Aydınlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq əməkdaşı olub.
“Aydınlı Müzəffər 2 il əvvəl - 2024-cü ilin aprel ayından öz arzusu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ehtiyata buraxılıb. Dövlət Xidməti adından ailəsinə və yaxınlarına başsağlığı veririk”, - qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
Qeyd edək ki, ehtiyatda olan mərhum leytenantın nəşi bu gün Naxçıvana aparılacaq. Faktla bağlı araşdırma aparılır.
