3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib

 3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən bu ilin yanvar-mart aylarında 10 min uşağa reabilitasiya xidmətləri göstərilib.

Asayis.az xəbər verir ki, bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

15:38 - 9 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin