Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü

 Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü

Azərbaycanın sabiq ədliyyə naziri Əlisaab Orucovun (1985–1992 və 1992-ci ilin aprel-iyul ayları) nəvəsi ehtiyatsızlıqdan dünyasını dəyişib.

Asayis.az xəbər verir ki, bu barədə Cəbhəinfo.az-a ailənin yaxınları məlumat verib.

Bildirilib ki, sabiq nazirin 19 yaşlı nəvəsi hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb.

O, hadisə yerindəcə dünyasını dəyişib.

13:42 - 9 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin