Tələbə qəbulu "mygov"a inteqrasiya ediləcək

 Tələbə qəbulu

Təhsil müəssisələrinə elektron tələbə qəbulu ilə bağlı yeni mərhələr müəyyənləşdirilib.

Asayis.az Trend-ə istinadən xəbər verir ki, tələbə qəbulu "mygov"a inteqrasiya edilir.

Belə ki, xidmətin "mygov" platformasında istifadəyə verilməsinin (istismar mühitində) 2026-cı il iyulun 1-nə qədər təmin edilməsi nəzərdə tutulur.

Xidmətin mövcüd iş axının 30 iyun 2026-cı ilə qədər təqdim edilməsi, 18 iyul 2026-cı ilə qədər isə Xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması nəzərdə tutulur.

Layihənin icrasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi iştirak edir.

12:26 - 9 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin