Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...

 Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...

Azərbaycanda cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

Asayis.az Report-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

13:36 - 9 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin