Rayonlara intensiv yağış yağacaq – Xəbərdarlıq

 Rayonlara intensiv yağış yağacaq – Xəbərdarlıq

Azərbaycanın əksər rayonlarında aprelin 9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Asayis.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.

Bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

16:16 - 8 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin