Bəzi ərazilərdə qaz olmayacaq

 Bəzi ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın Binəqədi rayonunun bəzi hissəsində qaz təchizatında fasilələr olacaq.

Asayis.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

"Aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar 8 aprel saat 10:00-dan etibarən Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq", - məlumatda qeyd edilib.

00:22 - 8 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin