AMB-nin vəzifəli şəxsi işdən çıxdı

 AMB-nin vəzifəli şəxsi işdən çıxdı

Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.

Asayis.az Report-a istinadla xəbər verir ki, onun yerinə hələlik təyinat olmayıb.

A.Nağıyev 2024-cü ildə bu vəzifəyə təyin edilmişdi.

O, bundan əvvəl "Azərsun Holdinq" MMC, "Central National Gottesman Inc", "PAŞA Bank" ASC-də Satınalma üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib, bu sahədə 10 ildən çox təcrübəyə malikdir.

14:58 - 7 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin