Türkiyə təyyarəsinin İsrailin vurması barədə deyilənlər... - MN

 Türkiyə təyyarəsinin İsrailin vurması barədə deyilənlər... - MN

Türkiyə Müdafiə Nazirliyi Vətən Partiyasının sədri Doğu Perinçekin Azərbaycandan qalxan yük təyyarəsini İsrailin vurduğuna dair iddiasına münasibət bildirib.

Asayis.az Globalinfo.az-a istinadən xəbər verir ki, nazirlik sözügedən iddianın əsassız olduğunu açıqlayıb.

Qeyd edilib ki, 20 qəhrəman əsgərin şəhid olduğu hadisə barədə əsassız açıqlamalar zərərli yanaşmadır:

“C-130″ təyyarəmizlə bağlı dərhal başlanan texniki araşdırma diqqətlə və hərtərəfli şəkildə aparılır.

Müvafiq proseslər başa çatdıqdan sonra yekun hesabat ictimaiyyətlə şəffaf şəkildə paylaşılacaq”.

Xatırladaq ki, Vətən Partiyasının lideri Doğu Perinçek Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus C-130 təyyarəsini İsrailin vurduğunu iddia etmişdi.

19:34 - 2 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin