İtkin düşən 10 nəfər tapıldı - Rəsmi

 İtkin düşən 10 nəfər tapıldı - Rəsmi

Azərbaycanda itkin düşən 10 nəfər polis əməkdaşları tərəfindən tapılıb.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, martın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

20:56 - 1 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin