Bakının bu rayonu 3 gündür istiliksiz qalıb

 Bakının bu rayonu 3 gündür istiliksiz qalıb

Artıq 3 gündür Bakının Xətai rayonunun bir hissəsində istilik yoxdur.

Bu barədə Asayis.az-a sakinlər məlumat verib.

“Azəristilik”dən bildirilib ki, 3 gün öncə qəza baş verib.

Qeyd olunub ki, yaxın saatlarda qəzanın nəticələri aradan qaldırılacaq və istilik bərpa olunacaq. Təmir işlərinin hava şəraitinə görə gecikdiyi də əlavə edilib.

17:36 - 29 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin