Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammadin cəzası 2 ildən 6 aya endirilib.
Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar verib.
Təqsirləndirilən şəxslərin vəkillərindən Rüfət Bədirli deyib ki, onlara təyin edilən 6 ay cəzanın müddəti sabah bitir. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər azadlığa buraxıldıqdan sonra ölkələrinə deportasiya olunacaqlar.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar 2 il müddətə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib.
İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.
Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunublar.
