Generalın yerinə o təyin edildi

 Generalın yerinə o təyin edildi

Müdafiə  Nazirliyində kadr dəyişikliyi edilib. Asayis.Az-ın məlumatına görə, nazir general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə polkovnik Elçin Abdullayev Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi təyin edilib. 

Məlumat nazirliyin mətbuat xidmətindən təsdiq edilib. Qeyd edək ki, son vaxtlar Müdafiə Nazirliyində kadr islahatları aparılıb. Bir sıra yüksək vəzifəli şəxslər işdən çıxarılıb.  Demokrat.az

13:25 - 16 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin