Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verdi

 Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verdi

Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə razılıq verib.

Asayis.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək.

17:25 - 23 Aprel 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin