73 milyon ABŞ sakininin şəxsi məlumatları internetdə yayıldı

 73 milyon ABŞ sakininin şəxsi məlumatları internetdə yayıldı

ABŞ-nin ən böyük telekommunikasiya operatorlarından biri olan “AT&T” 73 milyon abunəçinin şəxsi məlumatlarının sızması barədə məlumat verib.

Bildirilir ki, abunəçilərin adları, sosial təminat nömrələri və digər şəxsi məlumatları cinayətkarların əlinə keçə bilər.

Qeyd olunub ki, məlumatların 7,6 milyonu cari, 65,4 milyonu isə keçmiş müştərilərə aiddir.

Şirkət sızmanın onun fəaliyyətinə təsir etməyəcəyini bildirib.//Oxu.az

18:00 - 1 Aprel 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin