Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasındadır - Yeni reytinq açıqlandı

 Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasındadır - Yeni reytinq açıqlandı

"Global Terrorism Index 2024” (GTI) Hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

xəbər verir ki, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara Burkina-Faso (8,571), İsrail (8,143), Mali (7,998), Pakistan (7,916), Suriya (7,89), Əfqanıstan (7,825) daxil edilib.

Qeyd olunan sıralamada İran (4,464) 26-cı, Türkiyə (4,168) 29-cu, ABŞ (4,141) 30-cu, Rusiya (3,016) 35-ci, Fransa (2,647) 38-ci, Norveç (1,747) 53-cü, Ermənistan (0,423) 76-cı, Birləşmiş Ərəb Əmirlikləri (0,233) 79-cu, Litva (0,059) 87-ci yerdə sıralanıb.

“Global Terrorism Index”(GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstərici üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır.

Azərbaycan Respublikası terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0” indekslə sonuncu - 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşmaqla, dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə yiyələnib.

Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlar, akademik institutlar, beyin mərkəzləri, qeyri-hökumət təşkilatlarının istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır.

Məlum olduğu kimi, daha əvvəl Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddət gözlənilən son beş il üzrə qiymətləndirmə nəticələrinə görə Hesabatı açıqlanmış, terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilib, Hesabatda “Azərbaycan qeyd olunan cinayətlərlə mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və bu cinayətlərin araşdırılmasının uğurla aparılması bacarıqları nümayiş etdirilib” qeyd edilib.

Beynəlxalq hesabatlardan göründüyü kimi, nə qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, müstəsna dərəcədə uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sürətli inkişaf, sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən son illər görülən effektiv işlər nəticəsində Azərbaycan dünyada ən yüksək daxili təhlükəsizlik reytinqinə yüksəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “bu gün Azərbaycan təhlükəsizlik adasıdır”.





 

12:00 - 19 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin