Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Bu barədə Asayis.az-a  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

15:15 - 16 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin