Daha bir məktəbli qızılcadan öldü - Foto

 Daha bir məktəbli qızılcadan öldü - Foto

Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi vəfat edib.

Asayis.az  xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, həmin şagird 14 yaşlı Nuray Süleyman qızı İbrahimovadır.

Yayılan məlumatın şərh bölümündə isə qeyd edilib ki, məktəbli qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.

Qeyd edək ki, son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan dünyasını dəyişib.

14:15 - 15 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin