Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Asayis.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Bakıdan Moskvaya qayıdarkən Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə bir daha səmimi-qəlbdən təbrik etmək istədim.
MDB müşahidəçiləri missiyasının rəhbəri kimi növbəti dəfə ölkənizin vətəndaşlarının böyük əksəriyyətinin Sizə yüksək etimadının şahidi oldum.
Qəti əminəm ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də Azərbaycan Respublikasının ardıcıl inkişafına, onun beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin dərinləşməsinə kömək edəcəkdir.
Fürsətdən istifadə edərək seçki kampaniyasına hazırlıq və seçkilərin keçirilməsinin bütün mərhələlərində səmərəli monitorinqi həyata keçirməyə imkan verən MDB müşahidə missiyasının fəaliyyəti üçün yaradılan əlverişli şəraitə görə minnətdarlığımı bildirirəm.
Prezident seçkilərində qələbəniz münasibətilə səmimi təbrik sözlərimə Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləklərimi əlavə etmək istəyirəm".
*** 14:58
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Binəli Yıldırımdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Asayis.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezidentim.
Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi, qardaş Azərbaycan xalqına sülh və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə keçirilməsi baxımından tarixi önəm daşıyan bu seçkilər Azərbaycan xalqının dəyərlərə bağlılığını, cəsarətini və müdrikliyini bir daha nümayiş etdirdi.
Zati-alinizə nailiyyətlər arzulayır, Uca Allahdan seçkilərin nəticələrinin Azərbaycan xalqı və bütün Türk dünyası üçün xeyirli olmasını diləyirəm".
***14:34
Fevralın 9-da ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Asayis.az xəbər verir ki, ICESCO-nun Baş direktoru dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması ilə bağlı təbriklərini və xoş arzularını çatdırıb, ona Azərbaycanın tərəqqisi naminə fəaliyyətində yeni uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni bir daha yüksək qiymətləndirib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla ICESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
***
Fevralın 9-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Asayis.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
İrakli Kobaxidze İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
***
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Asayis.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Növbəti müddətə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə həvalə olunmuş ali vəzifənizin icrasında, ölkənizi və xalqınızı məqsəd və arzularına doğru aparmağınızda davamlı müvəffəqiyyətlər arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək ikitərəfli münasibətlərimizdən qürur duyduğumu, ölkələrimizin və xalqlarımızın rifahı naminə onu gücləndirmək və inkişaf etdirmək üçün birgə işimizi davam etdirmək niyyətində olduğumu və Fələstinin haqq işi ilə bağlı mövqeyinizə görə minnətdarlığımı bildirirəm.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizin və xalqınızın tərəqqisi və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".
***14:14
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Asayis.az xəbər verir ki, bu barədə “Emarat Al Youm” qəzeti məlumat yayıb.
Paylaşımda deyilir: “Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edir, ona Azərbaycanın daha da inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram. Ölkələrimizin və xalqlarımızın maraqları naminə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraqlar bazasının genişləndirilməsi məqsədilə onunla birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.
***12:37
ATƏT-in Baş katibi Helqa Maria Şmiddən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Asayis.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim.
Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı Sizi yenidən görmək və təbriklərimi şəxsən çatdırmaq fürsətinə malik olacağıma ümid edirəm.
Azərbaycan və ATƏT arasında mövcud olan uzunmüddətli əməkdaşlığın qarşıdakı aylar ərzində inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcəyinə inanıram.
Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Asayis.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mövcud olan möhkəm əlaqələri qeyd etməkdən məmnunam. Sizi əmin etmək istəyirəm ki, bu əlaqələri qarşılıqlı faydamız naminə genişləndirməkdə qətiyyətliyəm.
Mən qadir Allaha dua edirəm ki, qüdrətli ölkənizin inkişafı üçün göstərdiyiniz nəcib səylərinizdə Zati-alinizə uğurlar bəxş etsin.
Cənab Prezident, xahiş edirəm Sizə ən yüksək ehtiramımı qəbul edin".
***
Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Asayis.az-ın məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Sizi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu böyük zəfər təkcə bir seçkinin nəticəsi deyil. Bu, eyni zamanda ölkənizin demokratiyanın inkişafında mühüm uğurlarını və xalqınızın Sizə etimadını aşkar surətdə nümayiş etdirdi. Seçkilərin nəticəsi həm də Azərbaycan xalqının Sizin liderliyiniz ətrafında sıx birləşdiyini və parlaq gələcək üçün inamla irəlilədiyini göstərdi. Bu qələbə Azərbaycanın milli birliyini gücləndirməklə yanaşı, ölkənizin beynəlxalq aləmdəki rolunu daha da artıracaqdır.
Möhtərəm cənab Prezident, Siz hər zaman ölkənizin sabitliyi və inkişafı naminə çalışaraq öz qətiyyətinizlə fərqlənmisiniz. Seçkilərdəki mühüm qələbəniz münasibətilə Sizi Dünya Axıska Türkləri Birliyi və Azərbaycanda yaşayan yüz min axıska türkü adından ən səmimi hisslərimlə təbrik edir, prezidentliyinizin yeni dövründə Sizə böyük nailiyyətlər, Azərbaycana rifah dolu gələcək arzulayıram".
***
Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Asayis.az xəbər verir ki, məktubda deyilir:
"Çox hörmətli cənab Prezident.
Bütün qaqauz xalqı adından və şəxsən öz adımdan Sizə ehtiramımı bildirirəm və ölkənizin müstəqilliyi dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqı tərəfindən Sizə göstərilən bu etimad yüksək peşəkarlığınızın və şəxsi keyfiyyətlərinizin, eləcə də ölkə əhalisi arasında qeyd-şərtsiz nüfuzunuzun təsdiqidir.
Uzun illər ərzində Siz özünüzü Azərbaycan xalqının mədəniyyətini və tarixini, milli maraqlarını qoruyub saxlayaraq, sosial-iqtisadi inkişafı təmin edərək ölkəni mütərəqqi inkişaf yolu ilə irəliyə aparan alicənab və müdrik lider kimi göstərmisiniz. Sizin səyləriniz nəticəsində bu gün Azərbaycan ən inkişaf etmiş ölkələrdən biridir və onun beynəlxalq miqyasda nüfuzu ildən-ilə artır.
Qardaş xalqlarımız arasında münasibətləri yüksək qiymətləndiririk və Qaqauziya Muxtariyyətinə diqqətinizə görə Sizə minnətdarıq. İnanırıq ki, gələcək əməkdaşlığımız müxtəlif birgə layihələrdə öz əksini tapacaq.
Çox hörmətli cənab Prezident, Sizə dərin hörmətimi bildirirəm, möhkəm cansağlığı, tükənməz enerji və yeni uğurlar arzu edirəm. Biz Sizi Qaqauz torpağında görməyə həmişə şad olacağıq.
Sizə və bütün Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm".
***
Qardaş Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələn və yenidən Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq.
Bunu ASayis.az -a açıqlamasında İraq Kürdüstan Regionu hökumətinin Etnik Azlıqların İşləri üzrə naziri Aydın Maruf Səlim deyib.
A.Maruf Səlim bu seçki qələbəsinin Azərbaycan xalqı və türk dünyası üçün xeyirli və uğurlu olacağına ümid edirklərini bildirib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
***10:33
2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini və ədliyyə naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Asayis.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Mən Rumıniyanın Baş nazirinin strateji tərəfdaşlıqlar və xüsusi əlaqələr üzrə müavini vəzifəsində çalışarkən ölkələrimiz arasında güclü strateji tərəfdaşlığın şahidi olmuşam. Sizin liderliyiniz bu münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayıb və əminəm ki, əlaqələrimiz yeni dövrdə də inkişaf etməkdə davam edəcəkdir.
Seçkilərdəki qələbəniz Azərbaycan xalqının Sizin strategiya və liderliyinizə olan inam və etimadının göstəricisidir. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişaf, beynəlxalq münasibətlər sahələrində mühüm nailiyyətlər əldə etmiş, vətəndaşların firavanlığı daha da yüksəlmiş, ölkənin ərazi bütövlüyü bərpa edilmiş və dünyada nüfuzu artmışdır. Bu nailiyyətlər Sizin ölkənizin tərəqqisinə sadiqliyinizi nümayiş etdirməklə yanaşı, Rumıniya ilə Azərbaycan arasında ortaq əməkdaşlıq ruhuna mühüm töhfə verir.
Gələcəyə baxarkən mən Sizin liderliyinizlə ölkələrimiz arasındakı əməkdaşlıq imkanları barədə nikbin düşünürəm. Rumıniya-Azərbaycan strateji tərəfdaşlığı regionlarımızda sabitlik, tərəqqi və sülh üçün möhkəm zəmindir. Ortaq strateji layihələrimizi daha da inkişaf etdirmək üçün Sizinlə sıx işləməkdə davam etməyə ümidvaram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
*** 10:18
ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer dövlətimizin başçısı İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Asayis.az-ın məlumatına görə, Mark Şnayerin sosial şəbəkə hesablarında bununla bağlı etdiyi paylaşımda deyilir:
“Zati-aliləri Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik edirəm. Mən Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun, həmçinin dünyada birgəyaşayışın dayaq məkanına çevrilməsində müstəsna liderliyinə, İsrail Dövlətinə və Yəhudi xalqına göstərdiyi nümunəvi dəstəyə görə əziz dostuma heyranam”.