Putin İlham Əliyevə ZƏNG ETDİ

 Putin İlham Əliyevə ZƏNG ETDİ

Fevralın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Asayis.Az xəbər verir ki, Vladimir Putin İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını ifadə edib.

Dövlət başçıları müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

16:00 - 8 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin