Kamran Əliyev 2023-cü ildə baş verən intihar hadisələrinin sayını açıqladı

 Kamran Əliyev 2023-cü ildə baş verən intihar hadisələrinin sayını açıqladı

“2023-cü ildə ölkə üzrə 620 intihar hadisəsi qeydə alınıb”.

Asayis.az-ın ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2023-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə bu rəqəm 609 olub:

“2023-cü ildə qeydə alınan intiharların 180-i Bakı şəhərində, 440-i isə rayonlarda baş verib”.

 

12:45 - 26 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin