Azərbaycanda zəlzələ oldu

 Azərbaycanda zəlzələ oldu

Zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yenilənmiş verilənlərə əsasən, təbiət hadisəsinin maqnitudası 5 olub, dərinliyi 61 km-dir.


xxx

Azərbaycanın Mil-Muğan iqtisadi rayonunun ərazisində 5,1 maqnitudalı zəlzələ olub.

Bu barədə  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin verilənlərinə əsasən, seysmohadisə Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.

ABŞ-nin Geoloji Xidmətinin verilənlərinə görə, zəlzələnin ocağı Salyanın Qaraçala kəndi ərazisində, 50,2 km dərinlikdə yerləşib.

09:00 - 20 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin