Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var

 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var

Bakıda sexdə partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlik mərhumun yaxınları ilə əlaqə saxlayır.

Ölən şəxsin adı açıqlanmayıb.

Xatırladaq ki, yanvarın 15-də Bakının Binəqədi rayonundakı sexdə baş verən partlayışda 7 nəfər ölüb, 24 nəfər xəsarət alıb.//Report.az

17:15 - 16 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin