Daxili Qoşunların Baş İdarəsinin hərbçilərinin maaşı ARTDI

 Daxili Qoşunların Baş İdarəsinin hərbçilərinin maaşı ARTDI

Baş nazir Əli Əsədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların (DQ) Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı Qərar imzalayıb.

Asayis.Az xəbər verir ki, Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləği məxfi olduğu üçün açıqlanmır.

17:30 - 12 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin