Dünyada ən çox satılan avtomobillər açıqlanıb.
Asayis.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Yaponiyanın “Toyota” şirkətinə məxsus avtomobillər olub.
Məlumata görə, avtomobil istehsalçısının avtomobilləri qlobal satışda 4 ildir ki liderliyini saxlayır.
Qeyd edək ki, sözügedən şirkət ötən ilin yanvar-noyabr ayları arasında 10,22 milyon avtomobil satıb.dd