İsrail axtarışda olan 2500-dən çox yaraqlını həbs edib

 İsrail axtarışda olan 2500-dən çox yaraqlını həbs edib

İsrail Müdafiə Qüvvələri HƏMAS ilə müharibə başlayandan bəri İordan çayının qərb sahilində axtarışda olan 2550-dən çox yaraqlını həbs edib.

Bu barədə “Report” “Sinxua” agentliyinə istinadən məlumat yayıb.

Saxlanılanlardan təxminən 1300-ü HƏMAS-ın üzvüdür. Qeyd olunub ki, ötən gün İsrail Müdafiə Qüvvələri, İsrail Təhlükəsizlik Agentliyi və Sərhəd Polisi İordan çayının qərb sahilində axtarışda olan 10 nəfəri həbs edib və çoxlu silah-sursat müsadirə edib.

Həbslər Qüds yaxınlığındakı Katanna qəsəbəsində, Nablus şəhəri yaxınlığında yerləşən Beyt-İba kəndində və Hebron şəhəri yaxınlığındakı Bəni-Nəim qəsəbəsində aparılıb. Terrorçuların vəsaitlərinin də müsadirə edildiyi qeyd edilib.

10:30 - 2 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin