Şəmkirdə 10 otaqlı evdə yanğın olub - FOTO/VİDEO

 Şəmkirdə 10 otaqlı evdə yanğın olub - FOTO/VİDEO

 

Şəmkirdə 10 otaqlı evdə yanğın olub - FOTO/VİDEO

 18

AA

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Dəllər qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Asayis.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus hər mərtəbəsi 360 kvadratmetr olmaqla ümumi sahəsi 720 kvadratmetr olan ikimərtəbəli onotaqlı evin birinci mərtəbəsində üç otağın yanar konstruksiyaları 210 kvadratmetr sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

 

VİDEO

 

17:30 - 1 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin