Saatlıda canavarlar kəndə hücum edib

 Saatlıda canavarlar kəndə hücum edib


 

Saatlıda canavarlar kəndə hücum edib, 14 baş xırdabuynuzlu heyvanı parçalayıb, 8-ni yaralayıb.

Asayis.az report-a iatinasən xəbər verir ki, hadisə səhər saat saatlarında rayonun Qaranuru kəndində qeydə alınıb.

Belə ki, bir neçə canavar kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfata hücum edib. Qəhəldə saxlanılan xırdabuynuzlu heyvanlardan 14-nü parçalayıb, 8-ni isə yaralayıb.

Bu barədə baytarlıq şöbəsinə məlumat verilib.

Hadisə yerinə gələn baytarlar tərəfindən ərazidə dizinfeksiya işləri aparılıb, yaralı heyvanlara isə vaksin vurulub.

16:00 - 1 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin