Avropada nəşr olunan “EU Reporter” aylıq jurnalında Azərbaycandakı rəqəmsal iqtisadi inqilabla bağlı məqalə dərc edib.
Asayis.az oxu.az-a istinadən xəbər verir ki, İngilis dilində çıxan məqalədə Azərbaycan Prezidenti İlham Əliyev “millətinin innovativ lideri” adlandırılıb.
Məqalədə qeyd olunur ki, Azərbaycanda yaradılan yeni rəqəmsal sistem sayəsində ölkə vətəndaşları 400 sosial xidmətdən yararlanmaq imkanına malikdirlər.
“Prezident İlham Əliyevin rəqəmsallaşma, səmərəlilik, hesabatlılıq və şəffaflıq kimi məsələlərdə əldə etdiyi nailiyyətlər ölkənin qlobal çağırışlar qarşısında regionda hərəkətverici qüvvəyə çevrilməsi ilə nəticələnib”, - jurnal qeyd edir.
Məqalədə oxucuların diqqətinə çatdırılır ki, dünya, xüsusən də Qafqaz bölgəsi, pandemiyadan, İkinci Qarabağ müharibəsindən sonra artıq əvvəlki kimi deyil:
“Azərbaycan isə yeni qlobal sistemin, xüsusilə də rəqəmsallaşmanın əsas tələblərinə cavab verməklə öz regionunda əldə etdiyi heyrətamiz uğurları və irəliləyişləri ilə diqqəti cəlb etməkdə davam edir. Azərbaycan artıq rəqəmsallaşma ilə bağlı qlobal problemləri həll etməyə hazırlaşır.