Gündə neçə ədəd naringi yemək olar?

 Gündə neçə ədəd naringi yemək olar?

Naringiləri qeyri-məhdud miqdarda yemək təhlükəli ola bilər.

Asayis.az xarici mətbuata istinadən xəbər verir ki, naringilərin tərkibində həddindən artıq miqdarda olan salisilik turşu dərinin qaşınmasına və qızarmasına səbəb ola bilər.

Bundan əlavə, qeyd olunur ki, sitrus meyvələri güclü alerjendir.

Həkimlər xəbərdarlıq edir ki, naringilərin həddindən artıq yeyilməsi də mədə-bağırsaq traktında problemlərə və xoşagəlməz simptomlara səbəb ola bilər: şişkinlik, ürəkbulanma və s.

Həmçinin, diabet xəstələri sitrus meyvələri ilə də ehtiyatlı davranmalıdırlar, çünki tərkibindəki fruktoza qan şəkərinin artmasına səbəb ola bilər.

Yetkinlər bu meyvənin istehlakı gündə beş naringi, uşaqlar üçün isə daha az - yalnız bir neçə ədəddir.

14:00 - 31 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin